Ukrayna ordusu Rusiyanın elektrik yarımstansiyasını vurdu

15-10-2022, 10:21           
Ukrayna ordusu Rusiyanın elektrik yarımstansiyasını vurdu
Belqorodun Luç” İES-də Ukrayna Silahlı Qüvvələrinin (AFU) endirdiyi zərbədən sonra yanğın baş verib.

Sozcu.az xəbər verir ki, hadisə şahidləri baş verən yanğını lentə alıblar. Müvafiq videonu Tin Belqorod Telegram kanalı dərc edib.

Hadisə şahidinin stansiyanın qarşısındakı evdən çəkdiyi kadrlarda yanğının yarımstansiyanı bürüdüyü görünür.

Bundan əlavə, bəzi ərazilərdə partlayış səsləri eşidilib, şəhərin bir hissəsində elektrik enerjisi kəsilib.

Daha sonra Mash Telegram kanalı Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutmağa başladığını elan edib. Qeyd olunur ki, Ukraynanın hücumundan sonra bir sıra şəhərlərdə işıq sönüb, işıqforların işi dayanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru