“Putinə çatdırıblar ki, lazım gələndə onun yerini biləcək və oranı da vuracaqlar…”
15-10-2022, 11:46

Qərb Rusiyanın nüvə silahından istifadə etməsinə konvensiyalarla icazə verilmiş adi, lakin müasir silahlarla cavab verəcək və diktator Vladimir Putini şəxsən sıradan çıxara bilər.
Teref.az xəbər verir ki, bu barədə “TSN” kanalına müsahibəsində siyasi ekspert Dmitri Vasilyev danışıb.
“Bütün Qərb dünyası çox açıq şəkildə bildirib ki, Rusiyanın Ukraynaya mümkün nüvə hücumuna reaksiya Rusiya üçün tamamilə dağıdıcı olacaq. Bu, nüvə silahı olmayacaq. Bu haqda avropalılar danışıb, ABŞ danışıb. Amma NATO-da, ABŞ-da, Avropa ölkələrində olan bu konvension silah növləri Ukrayna ərazisində Rusiya ordusunu da, Qara dəniz donanmasını da məhv edəcək”, – deyə ekspert qeyd edib.
“Eyni zamanda, müxtəlif insayder və ekspertlərin məlumatına görə, Putinə çatdırıblar ki, o, nəzarətdədir və lazım gələndə onun harada olduğunu biləcəklər. Və harada olacaqsa, ora da zərbə vurulacaq”, – Vasilyev belə deyib.
O, həmçinin bütün Qərb dünyasının Ukrayna və ona ehtiyacı olan yardım ətrafında daha sıx toplandığına diqqət çəkib.
“Üstəlik, Putin və rəsmi Rusiya Federasiyasının özlərinə tərəfdaş hesab etdiyi şərq dünyasına nəzər salsaq, hamımız Çin və Hindistanın da ittihamlarını gördük. Onlar da Kremli ittiham edirlər”, – deyə siyasi ekspert əlavə edib.moderator