Qırğız bankı Rusiyanın 21 bankının “Mir” kartlarına xidməti dayandırıb

16-10-2022, 00:08           
Qırğız bankı Rusiyanın 21 bankının “Mir” kartlarına xidməti dayandırıb
Qırğızıstanın “Kompanion” bankı oktyabrın 4-dən Rusiyanın 21 bankı tərəfindən buraxılmış Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərmir. Qırğızıstandan olan digər banklar hələki oxşar bəyanatla çıxış etməyiblər.

TİA.AZ bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Tərəfdaş prosessinq mərkəzinin qərarı ilə 4 oktyabr 2022-ci il tarixindən etibarən “Kompanion” bankının cihazlarında sanksiyalar altında olan banklarının “Mir” kartlarına xidməti dayandırıb”, – mesajda deyilir.

Bu gün səhər saatlarında Şri-Lanka hakimiyyəti “Mir” sisteminin kartlarını qəbul etməkdən imtina edib, sentyabr ayında isə Türkiyənin ən böyük bankları “Is Bankasi”, “DenizBank” və “Ziraat Bank” da “Mir”ə xidmət göstərməyi dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru