NATO admiralı ilə Çin səfiri arasında Ukraynaya görə mübahisə düşdü – Təfərrüat

17-10-2022, 00:04           
NATO admiralı ilə Çin səfiri arasında Ukraynaya görə mübahisə düşdü – Təfərrüat
Çinin İslandiyadakı səfiri He Rulonq və NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı – North Atlantic Treaty Organization) Hərbi Komitəsinin sədri admiral Rob Bauer Ukraynada gedən müharibə ilə bağlı mübahisə ediblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin iddiasına görə, hadisə İslandiyanın paytaxtı Reykyavikdə baş tutan Arktika Dairəsi Assambleyasında baş verib. Belə ki, Bauer çıxışı zamanı Çinin Alyansın dəyərlərinə hörmət etmədiyini, həmçinin dünyanın hüquqi nizamını pozduğunu deyib. He Rulonq isə admirala çıxışının təkəbbürlə dolu olduğunu bildirib.

Çin diplomatının sözlərindən sonra admiral ondan soruşub ki, niyə Çin üçün suverenlik prinsipinin vacibliyinə baxmayaraq, Pekin Rusiyanı Ukraynada xüsusi hərbi əməliyyat keçirməsinə görə hələ də qınamır. Buna He Rulonq cavab verib ki, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi tarixi perspektivi nəzərə alır və dünya Ukraynada baş verənlərin “əsas səbəbini” başa düşməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru