Almaniyada Ukrayna hərbiçilərinə təlim keçəcək -

16-10-2022, 09:04           
Almaniyada Ukrayna hərbiçilərinə təlim keçəcək -
Almaniya silahlı qüvvələrinin komandanlığı Avropa İttifaqının planlaşdırılan missiyası çərçivəsində 5 min ukraynalı hərbçini təlimlərə qəbul etmək niyyətindədir.

Teref.az xəbər verir ki, yeni çağırışçılar Aİ missiyası çərçivəsində ilkin hazırlıq keçəcək, daha təcrübəli əsgərlər isə xüsusi təlimlərə göndəriləcək. Bundesverdə Ukraynadan gələn hərbçilər “Iris-T” hava hücumundan müdafiə sistemi ilə işləmək üçün təlim keçəcəklər.

Almaniya mətbuatının yazdığına görə, belə qurğulardan biri artıq Kiyevə təhvil verilib.

Ümumilikdə Aİ missiyası 15 000 hərbi personala təlim keçməyi planlaşdırır.
/report.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru