Rusiya yenidən Kiyevin mərkəzini ATƏŞƏ TUTDU

17-10-2022, 08:27           
Rusiya yenidən Kiyevin mərkəzini ATƏŞƏ TUTDU
Oktyabrın 17-də səhər saatlarında Kiyevdə partlayışlar baş verib.

Publika.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko "Telegram" kanalında məumat yayıb.

Onun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

"Bütün xidmətlər yoldadır. Təfərrüatlar sonra. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!", - deyə Kliçko çağırıb.

Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze pilotsuz təyyarələrlə hücum edildiyini bildirib .

"Ruslar bunun onlara kömək edəcəyini düşünürlər, lakin bu cür hərəkətlər əzab kimidir. Bizə daha çox hava hücumundan müdafiə sistemləri və mümkün qədər tez lazımdır. Bizim yavaş hərəkətlərə vaxtımız yoxdur. Səmanı qorumaq və düşməni məhv etmək üçün daha çox silah. Bu belə olacaq", - Yermak qeyd edib.

Xəbər verdiyimiz kimi, oktyabrın 13-ü səhər rus hərçilər İranın kamikadze pilotsuz təyyarələri ilə Kiyev vilayətinə hücum ediblər. Hücum zamanı Buçan rayonuna üç mərmi atılması qeydə alınıb .

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru