Rusiya olmasa, biz də məhv olarıq - Vulin

17-10-2022, 10:31           
Rusiya olmasa, biz də məhv olarıq - Vulin
Serbiyanın mövcudluğu Rusiya ilə dostluqdan asılıdır.

Bunu Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib.

"Hesab edirəm ki, Rusiya ilə dostluq böyük əhəmiyyət kəsb edir. Rusiyasız biz Serbiyanın fiziki yoxa çıxması riskini daşıyırıq. Rusiya, Çin və digər azad ölkələrlə münasibətlər Serbiyanın gələcəyidir", - o bildirib.

Nazirin sözlərinə görə, Belqrad Moskvaya qarşı sanksiyalar tələb edən avropalı tərəfdaşlar tərəfindən şiddətlə şantaj edilir:

"Nə qədər tez qəbul etsək ki, onlar bizi istəmirlər və orada (AB-də - red.) bizə yer yoxdur, bizim üçün bir o qədər yaxşıdır".axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru