Bir sıra ölkələr Ukraynadan taxıl almağı dayandırıb

17-10-2022, 09:37           
Bir sıra ölkələr Ukraynadan taxıl almağı dayandırıb
Bu ilin iyun-iyul aylarında 30-dan çox ölkə Ukrayna taxılının alıcılarının siyahısını tərk edib.

“Report” xəbər verir ki, bunu BMT-nin Comtrade platformasının məlumatları əsasında “RİA Novosti”nin qiymətləndirməsi sübut edir.

Agentliyin daha əvvəl dərc edilmiş məlumatlarına görə, iqtisadiyyatları inkişaf etmiş ölkələr 2022-ci ilin iyun-iyul aylarında Ukrayna taxılının əsas alıcıları olub və bütün tədarüklərin 81%-ni təşkil edib.

Bu dövrdə tədarüklərin həcmi 43% azalıb. Belə ki, bazarlara bir il əvvəlki 1,3 milyard dollara qarşı 771 milyon dollarlıq məhsul ixrac edilib. Bunun fonunda alıcıların siyahısını - Albaniya, Banqladeş, Braziliya, Qvatemala, Honduras, Gürcüstan, Danimarka, Cibuti, Hindistan, İordaniya, İran, Yəmən, Kanada, Konqo, Kosta Rika, Mavritaniya, Madaqaskar, Namibiya, Nigeriya, Yeni Zelandiya, Oman, Pakistan, Palau, El Salvador , Səudiyyə Ərəbistanı, Sinqapur, ABŞ, Tanzaniya, Trinidad və Tobaqo, Monteneqro, Şri-Lanka, Efiopiya və Yaponiya tərk edib.

Eyni zamanda, ötən yay Ukrayna da yeni tərəfdaşlar - Latviya, Lüksemburq, Seyşel adaları, Slovakiya, Sloveniya, Finlandiya və Estoniyanı cəlb edib. Onlar iyun-iyul aylarında bütün satışın 3%-ni təşkil edən 2,3 milyon dollarlıq taxıl alıblar.

Ukrayna taxılının ən böyük alıcısına çevrilmiş Rumıniya dənli bitkilərlə sonrakı sövdələşmələrə dair məlumatlarını hələ ki, açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru