Obama “zənci” sözünü ləğv edib - QƏRAR

22-05-2016, 01:42           

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın imzaladığı qanun layihəsinə əsasən, zənci (negro) və “şərqli” (oriental) kimi anlayışlar federal qanunvericilikdən çıxarılır. Məlumatı “ABC News” agentliyi yayıb.
Qanun layihəsini Nyu-York ştatından olan konqressmen-deputat Qreys Menq təqdim edib. Sənəddə məqsəd “azlıqları bildirən terminologiyanın modernləşdirilməsidir”. 1970-ci illərin axırlarında ictimai səhiyyə barədə qanunda qeyd edilən bu sözlər siyasi cəhətdən nəzakətli hesab edilmir.
Qanun layihəsi imzalandıqdan sonra konqressmen bildirib: “Şərqli” termininə federal qanunvericilikdə yer olmamalıdır. Bu təhqiredici və köhnəlmiş epitet daha istifadə edilməməlidir. Menq prezidentin bu addımını alqışladığını və ona təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, xanım Qreys Menq – ABŞ Konqresində Nyu-Yorku təmsil edən ilk Asiya mənşəli amerikalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru