İrana həkim yanına gedənlərin qarşısına tələb qoyuldu

22-05-2016, 12:57           

İran hökuməti hələ 4 il əvvəl qəbul etdiyi qanunun icrasına başlayıb. Belə ki, bu qanuna əsasən bundan sonra İran ərazisinə daxil olan Azərbaycan vətəndaşlarından icbari şəkildə "hadisə və sağlamlıq sığortası” tələb ediləcək. Bununla bağlı İran islam respublikasının ölkәmizdәki sәfirliyi Xarici İşlәr Nazirliyinә rәsmi nota verib. İranın Azәrbaycanla sәrhәd olduğunu vә bu ölkәyә azәrbaycanlıların daha çox sәfәr etdiyini nәzәrә alsaq mәsәlә kifayәt qәdәr aktualdır. İrana gedәnlәrdәn icbari şәkildә "hadisә vә sağlamlıq sığortası” tәlәb edilәcәk. İran islam respublikasının qaydalarına uyğun olaraq artıq İrana sәfәr edәn Azәrbaycan vәtәndaşlarının icbari sığortası olmalıdır. Sәrhәd keçid mәntәqәlәrindә onlardan bu sığorta tәtbiq edilәcәk. Vәtәndaşlar bu sığortanı İran vә yaxud beynәlxalq sәviyyәdә tanınan yerli sığorta şirkәtlәrindәn әldә edә bilәrlәr. "İran tәrәfindәn bu qaydalar istәr quru, istәr hava, istәrsә dә su yolu ilә ölkәyә daxil olan xarici turistlәrә, elәcә dә Azәrbaycan vәtәndaşlarına şamil edilir.
qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru