Kanada xarici müdaxiləyə qarşı mübarizəni gücləndirir

28-11-2022, 10:24           
Kanada xarici müdaxiləyə qarşı mübarizəni gücləndirir
“Kanada xarici müdaxiləyə qarşı mübarizəni gücləndirməlidir”. “Report” xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Meloni Coli “Global News”a müsahibəsində deyib.

“Xarici müdaxiləyə gəldikdə, onunla mübarizə aparmaq üçün daha çox iş görməliyik. Kanada bu məqsədlər üçün 150 milyon Kanada dolları (111,9 milyon ABŞ dolları - red.) xərcləyəcək”.

Onun sözlərinə görə, ayrılan vəsait digər məsələlərlə yanaşı, kəşfiyyat xidmətlərinin işini gücləndirmək üçün istifadə olunacaq.

“Onlayn müdaxilələrə, o cümlədən dezinformasiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.