Sloveniya BMT-nin İnsan Hüquqları Şurasına üzv olmağa hazırlaşır

11-12-2022, 11:15           
Sloveniya BMT-nin İnsan Hüquqları Şurasına üzv olmağa hazırlaşır
Sloveniya Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına üzvlük üçün müraciət edib.

Sloveniyanın hakimiyyət nümayəndələri əmindilər ki, 2026-2028-ci illər aralığında ölkə BMT-nin İnsan Hüquqları Şurasına üzv ola biləcək.

Xarici İşlər Nazirliyi bildirib ki, Sloveniya dünyada insan hüquqlarının qorunması və hörmət edilməsini, onların pozulmasının aradan qaldırılmasını, insan hüquqlarının pozulmasına görə cəzasız qalmağa qarşı mübarizəni dəstəkləyir.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurası 2006-cı ildə yaradılıb. Hazırda dünyada 47 ölkə BMT-nin İnsan Hüquqları Şurasının üzvüdür.

Mənbə: Sta.si












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru