Yaponiya hipersəs raketlərinin qarşısını almaq üçün...

11-12-2022, 11:18           
Yaponiya hipersəs raketlərinin qarşısını almaq üçün...
Yaponiya hökuməti “Patriot PAC-3” raketdən müdafiə sistemlərinin bəzilərini Amerikanın “LTAMDS” radarları ilə təchiz etməyi düşünür.

Publika.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Təkmilləşdirmə komplekslərə hipersəs raketlərini tutmağa imkan verəcək. “LTAMDS” hərtərəfli görmə qabiliyyətini təmin edir.

Yapon mütəxəssislər hesab edirlər ki, radarlar sayəsində aşkarlama məsafəsi bir neçə dəfə artacaq, yüksək sürətlə və dəyişən trayektoriya üzrə uçan hədəfləri izləmək mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru