Qərb Rusiyaya həlledici zərbəyə hazırlaşır

15-12-2022, 09:25           
Qərb Rusiyaya həlledici zərbəyə hazırlaşır
Qərb ölkələri Rusiya ilə münaqişədə Ukraynaya həlledici üstünlük vermək üçün ona hansı formada kömək etmək barədə düşünürlər.

Axar.az xəbər verir ki, bu barədə “Evening Standard” rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Qərb Rusiyaya qarşı hücuma keçmədən Ukraynaya həlledici üstünlük vermək üçün nə lazım olduğunu anlamağa çalışır.

Nəşrin yazdığına görə, Kiyev Rusiyanın hərbi strategiyalarını proqnozlaşdırmaq üçün avadanlıq ala bilər.

Rəsmilərdən biri Ukraynanın müasir döyüş təyyarələri ilə təmin oluna biləcəyini də istisna etməyib.

Bununla belə, rəsmilər Kiyevə dəstəyin Rusiya ilə münaqişənin kəskinləşməsinin qarşısını almaq üçün məhdudlaşdırılacağını bildirib. Rəsmilərdən birinin sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatlarla birbaşa əlaqəli olanlar istisna olmaqla, Qərb Rusiya Federasiyasının ərazisinə zərbələri dəstəkləməyəcək












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru