ABŞ Rusiyanın 10 hüquqi şəxsinə qarşı yeni sanksiya tətbiq edib
23-12-2022, 09:15
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ Maliyyə Nazirliyi Rusiyanın on hüquqi şəxsinə qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
AYNA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Siyahıya Morinsis-Agat Konserni ASC Mərkəzi Gəmi Mühəndisliyi Tədqiqatı İnstitutu, Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutu və digərləri daxildir.