Atəşə tutulan Xersondan son məlumat var

25-12-2022, 00:12           
Atəşə tutulan Xersondan son məlumat var
Rusların bu gün Xersonun mərkəzinə hücumu ilə bağlı artıq xəbər verilib. Budur, Xersondan verilən son məlumatlara görə, hücumu nəticəsində 10 nəfər həlak olub, 55 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna milli telemarafonunun efirində Xerson vilayəti administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç məlumat verib.

Onun dediyinə görə, hazırda şəhərin mərkəzinə endirilən zərbələr nəticəsində 55 yaralı və 10 ölü var. 18 yaralının vəziyyəti ağırdır. Yaralılar arasında altı yaşlı uşaq da var.

...Xersonun atəşə tutulması davam edir. Ukrayna mediası yazır ki, artıq şəhərdə 10-dan çox partlayış baş verib.

Qeyd edək ki, səhər atəşi nəticəsində mülki infrastruktur obyektlərinə, o cümlədən yaşayış binalarına, inzibati binalara və nəqliyyat vasitələrinə də ziyan dəyib.


Prokurorluq qəsdən adam öldürmə ilə bağlı müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə ibtidai istintaqa başlayıb.

Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Kirilo Timoşenko yeddi nəfərin öldüyünü, 58 nəfərin yaralandığını, onlardan 18-nin vəziyyətinin ağır olduğunu yazmışdı.

“Ruslar daha bir terror törətdilər - şəhərin mərkəzini atəşə tutdular. İnsanlar öldü, binalar dağıldı. İstirahət günü, çoxlu sayda insanlar küçədə olduğu vaxt şəhərin mərkəzi atəşə məruz qaldı”, - Timoşenko yazır.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də Xersonun atəşə tutulmasına münasibət bildirib.

“Terror ölkəsi mülki əhalinin atəşə tutulması şəklində rus dünyasını daşımaqda davam edir. Şənbə günü səhər Milad ərəfəsində, şəhərin mərkəzi atəşə tutulub. Bunlar hərbi obyektlər deyil. Bu terrordur, qorxutmaq və kef naminə qətldir” -deyə Zelenski yazıb.

Bundan əvvəl son sutka ərzində rus qoşunlarının Xerson vilayətini 74 dəfə atəşə tutub. Bu barədə Xerson vilayəti administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç teleqram kanalında məlumat verib.

Xersonda mərmilər mühüm infrastruktur obyektlərinə, uşaq bağçasına, məktəbə, xəstəxanaya, mağazalara, fabrikə, həmçinin şəxsi və yaşayış binalarına düşüb. Rayon rəhbərinin sözlərinə görə, atəş zamanı altı yaşlı uşaq yaralanıb. Qızın vəziyyəti ağırdır, onun çoxsaylı qəlpə xəsarətləri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru