"Taliban" qadınlara daha bir qadağa

25-12-2022, 00:13           
"Taliban" qadınlara daha bir qadağa
"Taliban" Əfqanıstanda qeyri-hökumət təşkilatlarına (QHT) qadınların işdən uzaqlaşdırılması əmrini verib.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Reuters” "Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin məktubuna istinadən yazır.

Qeyd olunub ki, buna səbəb bu QHT-lərdə işləyən bəzi qadınların "Taliban"ın irəli sürdüyü geyim qaydalarına əməl etməməsidir.

"Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib "Reuters"ə deyib ki, məktub Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir.

Xatırladaq ki, bu agentliyə 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru