III Çarlz xalqa ilk bayram müraciətini etdi

26-12-2022, 11:04           
III Çarlz xalqa ilk bayram müraciətini etdi
Böyük Britaniya kralı III Çarlz taxta çıxdıqdan sonra xalqa etdiyi ilk Milad müraciətində anası II Elizabetin xatirəsini ehtiramla yad edib, ölkədəki iqtisadi böhrana toxunub.

Monarx çıxışında dünyada baş verən silahlı toqquşmalardan da danışıb. Onun sözlərinə görə, bu il ölkədə inflyasiya təxminən 11% təşkil edib və bu, demək olar ki, son 40 ildə rekord göstərici olub. O, baş verənləri Ukrayna münaqişəsi fonunda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində elektrik enerjisi və ərzaq qiymətlərinin artması ilə izah edib.

Kral ən çətin vəziyyətdə belə ehtiyacı olanlara yardım edən insanlara təşəkkür edib.

Qeyd edək ki, II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyadakı Balmoral qəsrində vəfat etdikdən sonra III Çarlz Böyük Britaniyanın yeni kralı olub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru