İki ölkə arasında gərginliyi artıracaq hadisə - Cənubi Koreya əsgəri…

29-01-2023, 09:46           
İki ölkə arasında gərginliyi artıracaq hadisə -
Cənubi Koreya əsgəri Şimali Koreya sərhədi yaxınlığında təlim zamanı səhvən atəş açıb.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, Seul Pxenyana atəşin qəsdən olmadığını bildirib.

Qeyd olunub ki, Kanvonda əyalətindəki hərbisizləşdirilmiş zonada müşahidə məntəqələrindən ordu bölməsinin təlimi zamanı pulemyotdan dörd döyüş mərmisi atılıb. Məşq zamanı atışma nəzərdə tutulmamışdı. Bütün güllələr hərbi demarkasiya xəttinin Cənubi Koreya tərəfinə (Şimali Koreya ilə faktiki sərhəd) tuş gəlib.

“Şimali Koreya tərəfdən heç bir xüsusi hərəkət müşahidə edilməyib və hadisənin dəqiq şəraiti araşdırılır”, - bölmənin nümayəndəsi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru