İsrail təhlükəsizlik qüvvələri terrorda şübhəli bilinən 17 şəxsi saxlayıb

2-02-2023, 12:27           
İsrail təhlükəsizlik qüvvələri terrorda şübhəli bilinən 17 şəxsi saxlayıb
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 17 fələstinlini saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisi bu gecə İudeya və Samariyada 17 şübhəlinin tutulması üçün tədbirlər həyata keçirib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, digər məsələlərlə yanaşı, Hevron, Nablus və Kalkilya şəhərlərində, həmçinin İordan çayının qərb sahilinin bir sıra kənd və qəsəbələrində reydlər keçirilib, bəzi ərazilərdə atışma səsləri eşidilib və toqquşmalar baş verib. Cenin şəhəri yaxınlığında naməlum şəxslər gecə saatlarında İsrail ordusunun postunu atəşə tutublar. Mətbuat xidməti hərbçilər arasında xəsarət alanın olmadığını əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru