Aİ Şurası Ukraynaya 500 milyon avroluq 7-ci yardım paketi ayırıb

3-02-2023, 00:05           
Aİ Şurası Ukraynaya 500 milyon avroluq 7-ci yardım paketi ayırıb
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Ukraynaya 500 milyon avro ayrıldığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, tvitter səhifəsində yazıb.

"Bu gün Aİ Şurası Avropa Sülh Fondu (APF) vasitəsilə 500 milyon avroluq yeddinci paketi və Aİ-nin hərbi yardım missiyasına əlavə 45 milyon avro ayırıb. Mən təhlükəsizlik sahəsində həyati əhəmiyyətli yardıma görə Avropa İttifaqına minnətdaram. Bu, bizi işğalçı Rusiyanın məğlubiyyətinə daha da yaxınlaşdırır”, - paylaşımda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru