Kanada səhiyyə sisteminin modernləşdirilməsinə 145,8 milyard dollar ayıracaq

8-02-2023, 10:38           
Kanada səhiyyə sisteminin modernləşdirilməsinə 145,8 milyard dollar ayıracaq
Kanada hakimiyyəti milli səhiyyə sisteminin modernləşdirilməsinə 10 il ərzində 196,1 milyard Kanada dolları (145,8 milyard ABŞ dolları - Red) ayırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Kanada hökumətinin yaydığı məlumatda deyilir.

Sənəd baş nazir Castin Trüdonun səhiyyə məsələlərinin müzakirə olunduğu Kanadanın bütün regionlarının nümayəndələri ilə görüşündən sonra dərc edilib.

Vəsaitlər, xüsusən ölkənin ucqar ərazilərində və Kanadanın yerli xalqlarının yaşadığı yerlərdə tibbi xidmətlərin əlçatanlığını artırmaq üçün istifadə olunacaq. Hakimiyyət tibb işçilərinin sayını da artırmaq niyyətindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.