Ostin İsraildə: İrana qarşı qərar qəbul edildi

9-03-2023, 00:06           
Ostin İsraildə: İrana qarşı qərar qəbul edildi
Pentaqon rəhbəri Lloyd Ostin və İsrail Baş naziri Benyamin Netanyahu İran aqressiyasına qarşı əməkdaşlığı genişləndirmək barədə razılaşıblar.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.

“Tərəflər İrandan regiona gələn təhdidi müzakirə edib və İranın aqressiyasına qarşı əməkdaşlığın genişləndirməsi razılığına gəliblər”, - məlumatda bildirilir.

Ostin İranın nüvə silahı əldə etməsinə imkan verilməməsi ilə bağlı ABŞ-ın mövqeyini təsdiqləyib.

Qeyd edək ki, Ostin israilə bu gün səfər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru