Makronun bar əyləncəsi fransızların kütləvi narazılığı ilə qarşılanıb - VİDEO

11-03-2023, 08:04           
Makronun bar əyləncəsi fransızların kütləvi narazılığı ilə qarşılanıb - VİDEO
Fransa Prezidenti Emmanuel Makronun kütləvi tətillər zamanı, vətəndaşların pensiya islahatını boykot edərkən ölkəni tərk edərək Konqoya səfər etməsi, oradakı barlardan birində əylənməsi vətəndaşların narazılığına səbəb olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Fransa sakinləri sosial şəbəkələrdə, habelə aksiyalarda prezidentə qarşı sərt ifadələr səsləndirir, onun bu hərəkətini pisləyirlər.

Qeyd edək ki, Makron Fransadakı kütləvi tətillər zamanı ölkəni tə
rk edərək Konqoya səfərə gedib. Beşinci Respublikanın vətəndaşları pensiya islahatını boykot edərkən, Emmanuel Makron barda vaxt keçirib.

O, rəsmi tədbirlərdən dərhal sonra musiqiçi, Konqonun rabitə naziri və daha bir məmurun müşayiəti ilə bara gedib.

Qeyd edək ki, Fransa rəhbərinin bardakı əyləncəsini əks etdirən videogörüntü sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Fransa prezidentinin spirtli içki qəbul etməsi yer alıb. Bütün bunlar bir yana, Makronla foto çəkdirən qaradərililərdən biri ədəbsiz hərəkət edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru