İran və Səudiyyə Ərəbistanı barışdı: Səfirliklər işini bərpa edir, sənəd imzalanıb

11-03-2023, 10:14           
İran və Səudiyyə Ərəbistanı barışdı:
İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

Məlumatı İran hakimiyyətinin nəzarəti altında olan informasiya resursları yayıb.

Məlumatda qeyd olunub ki, iki ay ərzində hər iki ölkənin paytaxtında diplomatik nümayəndəliklərin fəaliyyəti öz işini bərpa edəcək.

Maraqlı digər məqam isə ondan ibarətdir ki, bir neçə gündür İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani və onun səudiyyəli həmkarı Pekində danışıqlar aparıblar.

Nəticədə üçtərəfli bəyanat da qəbul edilib.

Mənbə: Tasnim












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru