Kanadadan Rusiyaya növbəti zərbə: “Putinin Ukraynaya vəhşicəsinə müdaxiləsi...”

11-03-2023, 12:24           
Kanadadan Rusiyaya növbəti zərbə:
Kanada Rusiyadan alüminium və polad idxalını qadağan etdiyini açıqlayıb.

Ölkə.Az “Star” qəzetinə istinadla xəbər verir ki, buna səbəb Rusiya-Ukrayna müharibəsində Rusiyanın maliyyə gücünü qırmaqdır.

Bu barədə Kanadanın maliyyə naziri Kristia Friland açıqlama verib:

“Ukrayna bu müharibədə qalib gələ bilər və qazanmalıdır. Biz Putinin Ukraynaya qanunsuz və vəhşicəsinə müdaxiləsini maliyyələşdirmək üçün istifadə olunan gəlirləri azaltmaq və ya məhdudlaşdırmaq üçün əlimizdən gələni etməyə davam edirik. Rusiyadan alüminium və polad idxalına qadağa qoyuldu”.

Qeyd edək ki, Kanada indiyədək Rusiyaya qarşı 1600-dən çox şəxs və təşkilata qarşı sanksiya tətbiq edib, həmçinin Ukraynaya 3,6 milyard dollar maliyyə, hərbi və digər yardımlar edib.

Kanada 2021-ci ildə Rusiyadan 45 milyon dollar alüminium və 213 milyon dollar polad məhsulları idxal edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru