İran Suriyanı narkotik istehsalı mərkəzinə çevirib: Üç milyon “cihad həbi” saxlanıldı - FOTO

13-03-2023, 12:04           
İran Suriyanı narkotik istehsalı mərkəzinə çevirib:
İraq hakimiyyəti İraq-Suriya sərhədindəki əl-Qaim şəhərində üç milyon “Captagon” tableti daşıyan yük maşınını saxlayıb.

Bu həb radikal islamçı yaraqlılar arasında populyarlığına görə “cihad həbi” kimi tanınan amfetamin tipli stimullaşdırıcıdır.

Qeyd olunur ki, həblər soyuducu yük maşını ilə daşınan alma qutularında gizlədilib.

Bildirilir ki, əl-Qaim “İran tərəfindən dəstəklənən İraq silahlılarının qalasıdır və bölgədəki yaraqlılar həm də sərhədin Suriya tərəfindəki Əlbu Kamal şəhərinə nəzarət edir, ərazidən silah saxlamaq və daşımaq üçün istifadə edirlər”.

“Son illərdə Suriya qeyri-qanuni sintetik narkotikin istehsalı üçün əsas mərkəzə çevrilib və “Captagon”dan sui-istifadə bütün regionda artan problemə çevrilib”, - məlumatda deyilir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru