Polis Baş nazirə xəbərdarlıq etdi

15-03-2023, 11:47           
Polis Baş nazirə xəbərdarlıq etdi
Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ailəsinə "Hayd Park"da iti xaltasız gəzdirdiklərinə görə polis tərəfindən xəbərdarlıq edilib.

Teref.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, London Böyükşəhər Polisi həmin anın görüntülərinin Tiktokda yayılmasından sonra açıqlama yayıb:

"Orada olan bir polis məmuru bir qadınla danışaraq qaydaları xatırlatdı. Xaltanı yenidən itə bağladılar".

Qeyd edək ki, Sunak daha əvvəl sosial media hesabları üçün çəkilmiş videoda hərəkətdə olan avtomobildə təhlükəsizlik kəməri taxmadan sürdüyü üçün cəzalandırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru