Pentaqon: ABŞ hərbi təyyarələri beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək

16-03-2023, 12:44           
Pentaqon:
ABŞ hərbi təyyarələri beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək.

TASS xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlardan sonra deyib.

"Dəfələrlə qeyd etdiyim kimi, böyük dövlətlərin şəffaflıq və ünsiyyət modeli olması vacibdir. ABŞ beynəlxalq hüququn icazə verdiyi istənilən yerdə uçuşlarını davam etdirəcək", - Ostin bildirib.

O, Şoyqu ilə söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib, ABŞ-ın Ukrayna ətrafında eskalasiya riskinə ciddi yanaşdığına diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru