Almaniya enerji konserni “Şimal axını”ndakı payını sildi

16-03-2023, 11:36           
Almaniya enerji konserni “Şimal axını”ndakı payını sildi
Almaniyanın “E.ON” enerji konserni “Şimal axını” qaz kəmərindəki payını tamamilə silib.

Bu barədə Almaniya şirkətindən məlumat verilib.

“Qeyri-müəyyənliyin artması və “Şimal axını-1” boru kəmərlərinin hər ikisinin zədələnməsi fonunda investisiya 31 dekabr 2022-ci il tarixinə sıfıra endirilib”, - deyə “E.ON”un açıqlamasında bildirilib.

Şirkətdən qeyd edilib ki, 2021-ci illə müqayisədə azalma təxminən 1,2 milyard avro təşkil edir. Eyni zamanda qaz layihəsinə qoyulan investisiyaların ümumi həcmi 7,4 milyard avro təşkil edib.


Xatırladaq ki, ötən ilin sentyabrında adıçəkilən qaz kəmərlərində partlayış baş verib. Bu səbəbdən Avropa ölkələrinə yanacağın tədarükü bir neçə dəfə azalıb. Məsələ ilə bağlı istintaq proseslərində yalnız Almaniya, Danimarka və İsveç iştirak edir, Rusiyanın qatılmasına isə icazə verilməyib.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru