KİV: Mali Rusiya və Türkiyədən hərbi təyyarə və PUA alıb
17-03-2023, 12:24
Mali Silahlı Qüvvələri Rusiya və Türkiyədən təyyarə və pilotsuz uçuş aparatı alıb.
APA-nın TASS-a istinadən veridyi xəbərə görə, bu barədə Malinin "Abamako" xəbər portalı məlumat yayıb.
“Qəbul edilən texnika Mali ordusunun gücünü artıracaq və onu gücləndirəcək”, - deyə Malinin Müdafiə və Veteranlarla İş üzrə Naziri Sadiko Kamara bildirib.
Afrika ölkəsinin paytaxtı Bamakonun hava limanında baş tutan mərasimdə Malinin müvəqqəti prezidenti Assimi Qoita da iştirak edib.