Slovakiyanın müdafiə naziri: Təyyarələrimiz Ukrayna üçündür
18-03-2023, 08:44
Təyyarələrimiz Ukrayna üçündür.
Bunu Slovakiyanın müdafiə naziri Jaro Nad sosial media hesabında bildirib.
"Ürəyimiz Ukrayna ilədir. Təyyarələrimiz Ukrayna üçündür. Slovakiya Ukraynaya 13 ədəd MiQ-29 təyyarəsi (və SA-6 hava müdafiə sistemi) bağışlayır. Artıq müqavilə imzalanıb" – nazir qeyd edib.