Ay yenidən fəth olunur — Ruslar ayda baza yaratmağa qərar verdilər

21-06-2016, 15:53           

"Roskosmos" Ayda 12 nəfərin yerləşə biləcəyi baza yaratmaq barədə qərar verib

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bir neçə gün əvvəl ABŞ-da Marsa göndəriləcək missiyanın texnologiyalarının sınaqda keçirilməsi ilə bağlı Aya missiya göndərmək barədə qərar verilmişdi.

Rusiya tərəfinin əzəli rəqibinə cavabı özünü çox gözlətmədi. "Roskosmos"un mətbuat xidmətinin rəhbəri Olqa Jarova bildirib ki, Ayın Cənub qütbündə baza tikilməsi barədə müzakirələr aparılır. İlkin mərhələdə bazaya 2-4 astronavt yerləşdiriləcək. Daha sonra onların sayının 10-12 nəfərə qədər artırılması gözlənilir.

"Ən vacibi Ayda tikiləcək baza üçün təhlükəsiz yer seçməkdir. Kosmik gəmilər ora rahat enə bilməlidirlər. Tikinti işləri yaşayış və energetika modullarının quraşdırılması ilə başlayacaq. "Rokosmos" əvvəlcə baza daha sonra ay poliqonu yaratmaq niyyətindədir. Əsrin ortalarına qədər Yerin ən böyük peykinin faydalı qazıntılarından istifadə etməyi qarşıya məqsəd qoymuşuq",- deyə Olqa Jarova bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.