Ermənistanda bədnam soğru – Ermənilərin 94 faizi “yox” dedi

4-08-2023, 16:38           
Ermənistanda bədnam soğru – Ermənilərin 94 faizi “yox” dedi
Ermənistan əhalisinin 94 faizi Qarabağ ermənilərinə Azərbaycanın tərkibində milli azlıq statusunun verilməsinin əleyhinədir.

Teleqraf.com xəbər verir ki, bunu “Qallup” Beynəlxalq Assosiasiyasının üzvü olan Ermənistanın MPG sorğu şirkətinin direktoru Aram Navasardyan deyib.

Sorğuya 1100 Ermənistan vətəndaşı qatılıb.

“Qarabağ ermənilərinə Azərbaycanın tərkibində milli azlıq statusu verilməsi məqbuldurmu” sualına respondentlərin mütləq əksəriyyəti “Məqbul deyil” cavabını verib.

“Başqa sözlə, ümumilikdə Ermənistan Respublikası əhalisinin 94.7 faizi bildirir ki, Qarabağın azsaylı əhalisinin Azərbaycanın tərkibində olması qətiyyən məqbul deyil”, - Navasardyan bildirib.

Sorğunun nəticəsi bədnam qonşularımızın bir daha bölgədə sülhdə maraqlı olmadıqlarını göstərir. Azərbaycana qarşı belə bir bədnam niyyətin nəyə yol açdığı isə uzaq tarixin hadisəsi deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru