Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib

5-08-2023, 09:24           
Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib
Ukraynaya hərbi yardımlar davam etdirilir

Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib. AYNA xəbər verir ki, müvafiq sənəd Bundestaqın saytında yerləşdirilib.

Siyahıya əsasən, Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. T-72 tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib.

Almaniya Danimarka və Norveçdən Ukraynaya iki "Zuzana 2" özüyeriyən haubitsasının təhvil verildiyini təsdiqləyib.

Bununla yanaşı, Ukraynaya 40 "Marder" piyada döyüş maşını, altı "Bergepanzer-2" zirehli texnikası, yeddi mobil, uzaqdan idarə olunan minatəmizləmə sistemi, beş "SurveilSPIRE" mobil kəşfiyyat sistemi daxil olub.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru