Polşa Ukrayna taxılının idxalı üçün sərhədləri açmayacağını elan etdi - VİDEO

13-09-2023, 10:28           
Polşa Ukrayna taxılının idxalı üçün sərhədləri açmayacaq.

Bu barədə Polşanın baş naziri Mateuş Moravetski özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Polşa Ukrayna taxılının ölkəni batırmasına imkan verməyəcək. Brüssel rəsmilərinin qərarı nə olursa olsun, biz sərhədlərimizi açmayacağıq”, - deyə Moravetski yazıb.

O, hökumətin yerli fermerlərin və onların məhsullarının qorunmasına zəmanət verdiyini xatırladıb və bununla bağlı video yayımlayıb. Süjetdə, həmçinin qeyd olunur ki, Varşavanın sərt mövqeyi Ukrayna taxılının Aİ bazarlarına idxalını dayandırıb.

Bundan əvvəl Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus bildirib ki, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya 2023-cü ilin sonuna qədər Ukraynadan taxıl idxalına qadağa qoyulması tələbi ilə Aİ rəhbərliyinə müraciət etməyə razılaşıblar.
Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru