Rumıniya Aİ-ni Rusiya qazından tamamilə imtina etməyə çağırıb

16-09-2023, 08:19           
Rumıniya Aİ-ni Rusiya qazından tamamilə imtina etməyə çağırıb
Rumıniyanın Baş naziri Marsel Çolaku Avropa İttifaqı (Aİ) ölkələrini Buxarestdən nümunə götürərək Rusiya qazı və digər məhsullarının alınmasından tamamilə imtina etməyə çağırıb.

Bu barədə “Report” “Der Standart” nəşrinə istinadən xəbər verir.

Baş nazir belə bir addımın vacibliyini qeyd edib: “İtirdiklərimiz, yəni rahatlıq ilə bu gün dünyada baş verənlər arasında çox böyük fərq var”. Çolaku həmçinin Rusiya qazının Avstriyaya nəqlinin davam etdirilməsini dəstəkləməyib.

“Hesab edirəm ki, qaz qiymətləri müəyyən müddət ərzində daha yüksək olsa belə, Aİ Rusiya qazından tam müstəqilliyə hazırlaşır”, - o fikrini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru