Avropada şok: İcbari “seksual təhsil” etiraz yaratdı - Məktəblər yandırıldı
16-09-2023, 17:17
Belçikanın fransızdili bölgəsində məktəblərdə məcburi seksuallıq təhsilinin tətbiqi ilə bağlı müzakirələr davam edərkən, qəzəblənmiş bəzi valideynlərin məktəbləri yandırdığı iddia edilib.
Teleqraf.com xəbər verir ki, ötən gecə Montignies-sur-Sambre şəhərindəki məktəbdə yanğın baş verib.
Həftənin əvvəlində Şarlerua şəhərində 4 məktəb yandırılmışdı.
Polis məcburi seksual təhsilə reaksiya verən valideynlərdən şübhələndiyi üçün ilk dörd yanğını araşdırır.
Qeyd edək ki, Belçikada 2012-ci ildən bəri bütün siniflər üçün seksual təhsil tələb edən tənzimləmə mövcuddur. Flamanddilli bölgədə bu təhsil artıq məcburi olsa da, bu, fransızdilli icmanın yaşadığı paytaxt Brüssel və Valloniya bölgələrindəki məktəblərin təşəbbüsü ilə buraxılmışdı.