Rusiyada COVİD-19 yoluxmaların sayı artdığına görə məhdudlaşdırılmalar tətbiq oluna bilər

17-09-2023, 00:10           
Rusiyada COVİD-19 yoluxmaların sayı artdığına görə məhdudlaşdırılmalar tətbiq oluna bilər
Rusiyada kəskin respirator infeksiya virusu, qrip və COVID-19-a yoluxma hallarının payızda artması fonunda bəzi müəssisələrdə müvəqqəti olaraq müəyyən lokal məhdudlaşdırılmalar tətbiq oluna bilər.

APA xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un mətbuat xidmətindən bildirilib.

“Ciddi səbəblər olmadıqca, maska ​​rejimi kimi məhdudlaşdırıcı tədbirlər planlaşdırılmır. Müəssisələrdə müəyyən müddətə yerli məhdudiyyətlər tətbiq oluna bilər”, - deyə qurumdan verilən açıqlamada vurğulanıb.

Operativ qərargahın məlumatına görə, son bir həftə ərzində Rusiyada COVID-19-a yoluxma halları əvvəlki həftə ilə müqayisədə təxminən 50% artıb. Sentyabrın 4-dən 9-dək 1636 nəfər COVID-19 infeksiyası ilə xəstəxanalara yerləşdirilib, 7688 yoluxma aşkarlanıb.

Sentyabrın 18-dən Rusiya Hökumət Evində maska ​​rejimi bərpa olunacağı da bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru