Polşa sabahdan Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoyacaq

17-09-2023, 08:03           
Polşa sabahdan Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoyacaq
Polşa hakimiyyəti sentyabrın 17-dən etibarən Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, qadağa Polşa sərhədində gecə yarısı qüvvəyə minəcək:

“Qadağa o deməkdir ki, Rusiyada qeydiyyatda olan heç bir minik avtomobili Polşa ərazisinə daxil ola bilməyəcək. Rusiya yük maşınlarına qoyulan qadağa əvvəllər də qüvvədə idi. İndi heç bir Rusiya avtomobili Polşaya girməyəcək”.

Nazir vurğulayıb ki, bu, avtomobilin hansı dövlətin vətəndaşına məxsus olmasından asılı olmayaraq həm kommersiya, həm də şəxsi daşımalara aiddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru