Kaliforniyada böyük neft şirkətləri məhkəməyə verildi

17-09-2023, 12:54           
Kaliforniyada böyük neft şirkətləri məhkəməyə verildi
Kaliforniya hakimiyyəti BP, “Exxon Mobil”, “Shell” və “Chevron” da daxil olmaqla, böyük neft şirkətlərini təbii enerji resurslarının yaratdığı ekoloji riskləri aşağı göstərməkdə ittiham edərək məhkəməyə verib.

İddiada enerji şirkətlərinin hərəkətlərinin on milyardlarla dollar ziyana səbəb olduğu bildirilib və müəssisələr ictimaiyyəti aldatmaqda ittiham edilib.

Müvafiq sənəd San-Fransisko Məhkəməsinə təqdim olunub.

“ConocoPhillips” və “American Petroleum Institute” (API) qeyri-hökumət təşkilatı da müttəhimlər sırasındadır.
Qeyd olunur ki, Kaliforniya hakimiyyəti ştatda iqlim fəlakətləri nəticəsində gələcək itkiləri ödəmək üçün fond yaratmağa çalışır.

Mənbə: forbes.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru