Ərəb şeyxi özünə nəhəng avtomobil düzəltdirib - FOTO/VİDEO
17-09-2023, 15:04
Əbu-Dabidən olan şeyx Həməd özünə nəhəng “Hummer” avtomobili düzəltdirib.
Məlumata görə, onun uzunluğu 14 m, eni 6 m və hündürlüyü 7 m-dir.
Avtomobilin içərisində qonaq otağı, mətbəx, duş, tualet və hətta bar var.
Qeyd olunur ki, bu nəhəng yolsuzluq avtomobili normal analoqları kimi hərəkət edir. O, artıq şeyx Həmədin 3000-dən çox avtomobildən ibarət şəxsi kolleksiyasında eksponata çevrilib. Onların hamısı səhranın ortasında nəhəng piramidaya bənzəyən binada dayanıb. “Hummer” hazırda BƏƏ-nin Əl Madama şəhərindəki Yolsuzluq Avtomobilləri Tarixi Muzeyində nümayiş etdirilir. Mənbə: news.ru