Kanada Ukraynaya yardım ayırdı - 24 milyon

18-09-2023, 00:10           
Kanada Ukraynaya yardım ayırdı - 24 milyon
Kanada Böyük Britaniya, ABŞ, Danimarka və Niderlandın birgə təşəbbüsünə qoşularaq Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün 33 milyon Kanada dolları (təxminən 24,3 milyon ABŞ dolları) ayıracaq.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün milli müdafiə naziri Uilyam Bleyr Kanadanın Ukraynanı hava hücumundan müdafiə imkanları ilə təmin etmək üçün Böyük Britaniyanın rəhbərlik etdiyi tərəfdaşlığa töhfə verəcəyini açıqladı. Ukraynanın kritik infrastrukturunu qorumaq üçün orta və qısa mənzilli raketlərə ehtiyacı var”, - məlumatda deyilir. Ayrılan vəsait Kanadanın Baş naziri Castin Trüdonun iyun ayında Ukraynaya səfəri zamanı elan etdiyi hərbi yardım paketinin bir hissəsidir.

Kanada Müdafiə Nazirliyinin məlumatına görə, Ottava 2022-ci ilin əvvəlindən Kiyevə 8 milyard Kanada dollarından çox maliyyə vəsaiti ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru