Aİ Ukraynaya 5 milyard avro hərbi yardımın ayrılması ilə bağlı razılığa gələ bilər

3-10-2023, 08:54           
Aİ Ukraynaya 5 milyard avro hərbi yardımın ayrılması ilə bağlı razılığa gələ bilər
"Mən Ukraynaya gələn il üçün 5 milyard avroya qədər yeni ikitərəfli yardım paketi təklif etmişəm. Ümid edirəm ki, Avropa İttifaqına (Aİ-yə) üzv dövlətlər bu təkliflə bağlı il başa çatmazdan əvvəl razılığa gələ biləcəklər".

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə Kiyevdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Borrell bildirib ki, sözügedən məbləğ yalnız bir il üçün nəzərdə tutulub və bu rəqəm arta bilər.
"Bu gün bizim burda olmağımız Aİ-nin Ukraynanın təhlükəsizliyinə və bu ölkəyə dəstəyinə sadilqiyinin bir daha sübutudur. Biz bununla Rusiyaya siqnal göndəririk ki, biz onun dronlarından, raketlərindən qorxmuruq", - deyə Aİ rəsmisi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru