Sosial mediada ad savaşı: İlon Maska qarşı iddia qaldırıldı
3-10-2023, 09:36
Twitter adını X olaraq dəyişdirdikdən sonra Elon Musk başqa bir ABŞ şirkəti tərəfindən məhkəməyə verilib.
32gun.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata əsasən "X Social Media" adlanan şirkət bazar ertəsi Florida federal məhkəməsində Muskın iyul ayında Twitter-in adını dəyişməsinin onun ticarət nişanı hüquqlarını pozduğunu iddia edib.
Bildirilib ki, reklam agentliyi 2016-cı ildən “X Social Media”dan istifadə edir. Şirkət facebook reklamına 400 milyon dollardan çox sərmayə qoyub.
Twitter-in müştəriləri çaşdıran adını dəyişməsi isə şirkətin gəlir itkisi ilə nəticələnib.
"X Sosial Media" Maskın addan istifadəsinə qadağa qoyulmasını və təzminat tələb edir.
X və ya X Sosial Mediadan heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Maskın şirkəti yüzlərlə ticarət markası adında görünən "X" hərfi ilə bağlı çoxsaylı ticarət nişanı mübahisələri ilə üzləşə bilər.