Misir, Çin və BƏƏ Ukrayna ilə bağlı Maltada keçirilən görüşdə iştirakdan imtina edib

29-10-2023, 07:20           
Misir, Çin və BƏƏ Ukrayna ilə bağlı Maltada keçirilən görüşdə iştirakdan imtina edib
Misir, Çin və BƏƏ Maltada, Ukrayna ilə bağlı Kopenhagen formatında keçiriləcək toplantıda iştirak etməmək qərarına gəliblər.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Brüsseldəki diplomatik mənbə bildirib.

Qeyd olunub ki, milli təhlükəsizlik müşavirləri səviyyəsində keçirilən iclasda 64 nümayəndə şəxsən, 10-u onlayn olaraq iştirak edir. Avropa İttifaqı, Avropa Şurası və Avropa Komissiyası iki rəsmi şəxs tərəfindən təmsil olunur.

Mənbənin sözlərinə görə, iclas iştirakçıları ilə beş tematik qrupda iş aparılacaq. Diqqət mərkəzində Zaporojye AES ətrafında baş verən hadisələr, Ukrayna enerji sisteminin gücləndirilməsi və qışda Rusiyanın zərbələrindən qorunması, məhbusların azad edilməsi və deportasiya olunmuş uşaqların geri qaytarılması kimi məsələlər olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru