Livanın qorxusu etiraf edildi: “Hizbullah” öz müharibəsinə başlaya bilər”

31-10-2023, 08:39           
Livanın qorxusu etiraf edildi: “Hizbullah” öz müharibəsinə başlaya bilər”
“Hizbullah” və İsrail arasında sərhəd üzərindən atışmalar olmasına baxmayaraq, çalışıram ki, Livan HƏMAS-İsrail müharibəsinə cəlb edilməsin”.

Bu sözləri Livanın baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nəcib Mikati deyib.

Nəcib Mikati sərhəddə vəziyyətin gərginləşəcəyindən ehtiyat etdiyini dilə gətirib. Belə ki, onun sözlərinə görə, İranın dəstəklədiyi Livanın “Hizbullah” təşkilatı İsraillə öz müharibəsinə başlaya bilər.

“Mən Livanın cənubda güclənən müharibəyə daxil olmasının qarşısını almaq üçün öz vəzifəmi yerinə yetirirəm”, - deyə o, “France Press” agentliyinə bildirib.

“Livan fırtınanın mərkəzindədir”, - deyə o vurğulayıb.
“Mən eskalasiyanı istisna edə bilmərəm, çünki gərginlik bütün regiona yayılana qədər atəşkəsə nail olunması uğrunda yarış gedir”, - deyə Nəcib Mikati əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Livandakı “Hizbullah” və müttəfiqləri olan Fələstin qruplaşmaları ilə İsrail arasında hər gün atışmalar gedir.

Mənbə: Barrons.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru