Putin bu il ikinci dəfə prosesə nəzarəti itirdi

31-10-2023, 09:11           
Putin bu il ikinci dəfə prosesə nəzarəti itirdi
Rusiya hələ də döyüşlərə tab gətirə, cəbhədə ora-bura təzyiqi artıra bilər, amma strateji baxımdan bu qarşıdurmaya tab gətirə bilmir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Biz Rusiya sistemini ayıq şəkildə qiymətləndirməliyik. Onlar Ukraynada ələ keçirdiklərini itirməmək üçün bütün qüvvələrini səfərbər ediblər, eyni zamanda öz ərazilərini belə nifrət və deqradasiya səviyyəsində çirkləndiriblər", - o bildirib.

Dağıstandakı iğtişaşlardan danışan Zelenski vurğulayıb ki, bu, Rusiyada hadisələrə nəzarətin itirildiyi ikinci hadisədir (Birinci hadisə "Vaqner" rəhbərinin üsyanı idi - red.).

Qeyd edək ki, Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Artıq hadisələrlə bağlı 83 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru