Napoleonun şlyapası hərracda rekord qiymətə satıldı - FOTO/VİDEO

20-11-2023, 16:08           
Napoleonun şlyapası hərracda rekord qiymətə satıldı - FOTO/VİDEO
İmperator I Napoleon Bonapartın ikikünclü şlyapası (bikorn) Fransanın Fontenblo şəhərində keçirilən hərracda rekord qiymətə - təxminən 2 milyon avroya (təxminən 3,6 milyon manata - red.) satılıb.

Bu barədə noyabrın 19-da “Osenat” hərrac evi məlumat yayıb.

“Uzun müddət çəkən hərracdan sonra İmperator Napoleonun şlyapası bir milyon 932 min avroya satıldı”, - deyə hərracın təşkilatçıları bildiriblər.

Bu məbləğ Napoleonun əşyalarının kolleksiyası üçün rekord olub. Hərrac başlamazdan əvvəl papaq 600-800 min avro (təxminən 1,1-1,2 milyon manat - red.) dəyərində qiymətləndirilib. Bu günə qədər Napoleonun ən bahalı əşyası 2014-cü ildə hərracda Cənubi Koreyalı bir iş adamının 1,8 milyon avroya (təxminən 3,32 milyon manat - red.) aldığı digər şlyapası hesab olunurdu.

Bu dəfə hərraca çıxarılan şlyapa təxminən 1810-cu ilə aiddir və deyilənə görə, imperator onu Elba adasından qaçarkən “Inconstant” gəmisinin göyərtəsində geyinib.

Verilən məlumata görə, satılan şlyapa 19-cu əsrə qədər imperator sarayının intendantı polkovnik Pyer Bayonun ailəsində saxlanılıb. Polkovnikin nəvəsi isə onu dijonlu antikvar alış-verişi ilə məşğul olan şəxsə satıb.


Mənbə: regnum.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru