İsrail və HƏMAS arasında atəşkəs pozuldu: Əməliyyatlar yenidən başlandı - FOTO

1-12-2023, 11:47           
İsrail və HƏMAS arasında atəşkəs pozuldu: Əməliyyatlar yenidən başlandı - FOTO
İsrail və HƏMAS arasında atəşkəs cümə səhəri HƏMAS-ın İsrailin cənubuna raket hücumlarını bərpa etməsi ilə başa çatıb.

Bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

“HƏMAS əməliyyat fasiləsini pozdu, həmçinin İsrail ərazisinə atəş açdı. SAXAL Qəzza zolağında HƏMAS terror təşkilatına qarşı döyüşləri bərpa etdi”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, hücumdan bir qədər əvvəl İsrail və HƏMAS radikal hərəkatı humanitar atəşkəsi səkkizinci gün uzatmağa razılaşmışdılar. Atəşkəs çərçivəsində HƏMAS-ın Qəzza zolağında saxladığı daha 10 girov azad ediləcəkdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru